Günün qoroskopu: uzaq səfərə yollanmaq, yola çıxmaq üçün münasib deyil


Digərləri 25 Okt 2018 00:01:00 273 0

Günün qoroskopu: uzaq səfərə yollanmaq, yola çıxmaq üçün münasib deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - sakit gündür. Tələskənliyə yol vermədən çalışın. Maraqlı saydığınız işlə məşğul ola bilərsiniz. Təkbaşına işləyin, müstəqil olun.

Sizi yaxşı tanıyan insanlarla ünsiyyətdə olun. Zəiflik və ya üzləşdiyiniz situasiyadan sui-istifadə etməyə çalışmayacaq insanlarla təmaslar qurun.

Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Profilaktiki prosedurları unutmayın. Zərərli vərdişlərdən imtina və düzgün qidalanma yaşam enerjinizi artıracaq. Nəzərdə tutduğunuz səfər üçün gərəkli aksessuarları ala bilərsiniz.

Buğa - çoxdan bəri nəzərdə tutduğunuz məsələni indi gerçəkləşdirmək olar. Uzun müddət görmədiyiniz insanla qarşılaşacaqsınız. İntuisiyanızın səsini dinləyin. O səs sizi aldatmayacaq, bir çox problemlərin həllində yardım edəcək.

Alış-veriş etmək olar. Simiclik etməyin.

Axşam saatlarını ailəvi istirahətə həsr edin. Qonaqlar sizdə pozitiv əhval-ruhiyyə yaradacaqlar.

Əkizlər - ehtiyatlı olun. Ötən günlər həll olunmayan, çözülməyən problemlər indi ciddiləşir, ağırlaşır. Düzgün davranış modelini seçin. Tələsik addımlar atmayın. Emosional və aqressiv olmayın.

Günün ikinci yarısında fikir ayrılıqları, xırda və önəmsiz məsələlərə görə qarşıdurma ola bilər. Güzəştlərə meylli olun ki, mübahisə böyüməsin. Birmənalı olmayan situasiyalarda dostların məsləhətlərinə qulaq asın.

Axşam saatlarında normal istirahət etməyə çalışın.  

Xərçəng - planlaşdırdığınız işləri təkbaşına reallaşdırmaq mümkün deyil. Etibarlı müttəfiq, sınanmış dostun yardımına ehtiyacınız var. Birgə fəaliyyətə nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. Səfərə yollananda bilin ki, yolda nəzərdə tutduğunuzdan artıq vaxt keçirməli olacaqsınız.

Günün ikinci yarısında romantik hisslər ola bilər. Fəqət, emosiyaların təsiri altına düşməyin, illüziyaların qurbanı olmayın. Axşam saatlarında dəvət olunduğunuz tədbirə qatılın. Orada maraqlı insanla qarşılaşa bilərsiniz.  

Şir - yaxşı tanımadığınız, bələd olmadığınız insanlarla ehtiyatlı davranın. Onların ucbatından problemlərlə qarşılaşa bilərsiniz. Zərərli yad təsir altına düşməyin. Yalançı vədlərə aldanmayın, riskli işlərə qatılmayın.

Şəxsi həyatınızla bağlı önəmli qərar qəbul etməyin. İstinad etdiyiniz məlumat yalnız qismən doğrudur.

Günün ikinci yarısında səhhətinizdə yüngül problemlər, yorğunluq hissi olacaq. Yarıyolda dayanmayın. Başladığınız işləri bitirməyə çalışın. Yaşam və fəaliyyət arealında qayda yaradın, prosesləri nizamlamağa can atın. Gərəksiz əşylarla yanaşı, mənasız nigaranlıqdan qurtulun.

Qız - günün ilk yarısı xeyli xoş olacaq. Maraq göstərdiyiniz işlə məşğul olun. Dəyər verdiyiniz insanla təmasda olmağı unutmayın. Yeni ideyalar peyda olacaq. Onların arasında iş və ya biznes müstəvisində irəliləyişlər istisna deyil.

Həmkarlarınızla qeyri-formal şəraitdə müzakirələr apara bilərsiniz.

Günün ikinci yarısı əfsuslar olsun ki, bir o qədər uğurlu deyil. Yaxınlarınızla dil tapmaq, hisslərinizi izhar etmək imkanları azalır. Sevdiyiniz adamdan şübhələnməyin. Heç bir real səbəb olmadan qısqanc davranmayın.

Tərəzi - çətinliklər və problemlərdən xali olmayan gündür. Mürəkkəb, qarışıq işlərə başlamaqdan çəkinməyin. Yeni, faydalı biliklər və təcrübə əxz edə bilərsiniz. Aktual probelmlərin öhdəsindən gəlməkdə sizə yardım edəcək insanları tapın.