Pəhriz rejimində istifadə olunan orqanik qida məhsulları xərçəng riskini azaldır


Digərləri 24 Okt 2018 23:57:00 286 0

Pəhriz rejimində istifadə olunan orqanik qida məhsulları xərçəng riskini azaldır

Fransız alimlərinin apardıqları son tədqiqatların nəticəsində məlum olub ki, orqanik qida məhsullarından pəhriz rejimində istifadə edənlərdə xərçəng xəstəliyinə tutulma riski əhəmiyyətli dərəcədə azalır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər pəhriz rejimində ekoloji təmiz qidalardan istifadə edənlərdə xərçəng xəstəliyi ehtimalının 25 faiz azalması qənaətinə gəliblər. Fransanın Səhiyyə və Tibb Araşdırmaları Mərkəzinin (INSERM) tədqiqatçısı Culiya Bodri bildirib ki, bu amansız xəstəlikdən qorunmaq üçün üç amil - pəhriz rejimi, orqanik qida məhsulları və fiziki aktivlik mühüm rol oynayırlar. Onun sözlərinə görə, heç kim deyə bilməz ki, ekoloji təmiz qidalanma xərçəng xəstəliyini azaldır, yalnız pəhriz rejimində bu məhsullardan istifadə edilməsi müəyyən qədər faydalı ola bilər.

Tədqiqat nəticəsində o da müəyyən edilib ki, tərkibində gübrələr, pestisidlər, antibiotik kimi baytarlıq preparatları və genetik modifikasiya olunmuş orqanizmlər olan məhsullar orqanik qida standartlarına aid edilmir.