Sevgi ilə yaşayan uşaqlar Araşdırma


Digərləri 24 Okt 2018 23:18:00 292 0

Sevgi ilə yaşayan uşaqlar  Araşdırma

Və ya analar daun sindromlu uşaqları ilə necə davranmalıdırlar?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Onlarla aqressiv danışmaq, döymək, söymək olmaz. Bütün uşaqlara əslində bunlar olmaz, amma onlara bu məsələdə daha diqqətli davranmalıyıq. Mülayimliklə, şirin dillə yola gətirməliyik. Nəyisə yerə atanda sərt şəkildə "götür" desən, heç vaxt götürməz, şirin dillə desən rahatlıqla dediyini edəcək". Söhbət daun sindromlu uşaqlardan gedir. Bu fikirləri bizimlə bölüşən isə 6 yaşlı daun sindromlu uşağın anası Mətanət Babayevadır.

M.Babayeva deyir ki, daun sindromlu uşağı doğulanda bunu qəbul edə bilmirmiş, onlarla necə davranacağı haqqında məlumatlı deyilmiş: "Bir övladım var idi. İkinci uşaq daun sindromlu doğuldu. Bunu ilk vaxtlar bir az qəbul edə bilmirdim. Çünki bu uşaqlarla bağlı məlumatlı deyildim. Amma sonra öyrənməyə başladım. Digər daun sindromlu övladı olan valideynlərdən soruşdum, onları gördükcə münasibətlərini izlədim. Mən ona digər uşağım kimi yanaşıram, başqa fərqləndirici nə isə görmürəm. Sadəcə, onlar sevgini çox istəyirlər, sevgi ilə yaşayırlar".

Əslində Mətanət xanım kimi bir çox valideynlər uşaqları daun sindromlu (yaxud Trisomiya 21) olanda bir az çaşqınlıq yaşayırlar. Nəyi necə edəcəklərini bilmirlər. Adi insanda 46 xromosom olur, onlarda isə 47... Xromosom fərqi var, bəs əslində, valideynlərin bu narahatlığına ehtiyac varmı? Daun sindromlu uşaqlara yanaşmada valideynlər hansı məsələlərdə diqqətli olmalıdırlar?

Daun sindromlu hər uşağa fərqli yanaşılmalıdır

Uşaq psixoloqu Aydan Nəzərova deyir ki, daun sindromlu uşaqlarla lap aşağı yaşlardan işləməyə başlamaq lazımdır: "Daunlu uşaq dünyaya gəlibsə, az yaşlarından onlarla mütləq təlim keçilməlidir. Daunun növləri var, bizdə daha çox mozaik daunla bağlı müraciətlər olur. Mozaik daunları düzəltmək mümkündür. O mənada ki hardasa zəkalarını qabağa gətirmək, nitqlərini inkişaf etdirmək olar. Amma yaşı az olmalıdır. Mütləq şəkildə pedaqoq təlimi lazımdır ki, onların sosial bacarıqları, ünsiyyət qabiliyyətləri formalaşsın. Məntiqi düşüncəni qismən də olsa, formalaşdırmalıyıq ki, sabah cəmiyyətə yaralı olsunlar. Yaş çox olanda bunu etmək mümkün deyil.   A.Talıbova bildirdi ki, daun sindromlu hər uşağa fərqli yanaşılmalıdır: "Bir daunlu uşağa tətbiq olunan metod o birinə keçməyə bilər. Çünki hər uşağın özünü genetikası, bilik-bacarıq, zəka səviyyəsi var. Əsas onları pedaqoji baxımından geri saxlamasınlar. Evdə pedaqoji tərəfdən məşğul olsunlar. Daunlu uşağa əsas mütəxəssis təlimi lazımdır".

Psixoloqun sözlərinə görə, bu cür uşaqlarla ünsiyyət zamanı dilinizi şirin etməlisiniz: "Daunlu uşaqlarda nevroloji durum çox yüksək olur. Hətta elələri var ki, əsəbiləşəndə insanı boğub öldürə bilərlər. Onlar sevgiyə qarşı həssasdırlar, dilinizi şirin edib, motivasiyalı danışsanız, sizinlə yaxşı ünsiyyətə girə bilər".

Diqqətdən kənar qoymaq olmaz

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin pedaqoqu Təhminə İbrahimovanın sözlərinə görə, valideynlər bu uşaqlara digər övladları ilə müqayisədə iki dəfə artıq vaxt ayırmalıdırlar: "Onların sağlamlıq imkanları məhduddur, nitq qüsurludurlar, əqli inkişaflarında geriləmələr var, diqqətləri yayınıq olur və s. Bütün bunları nəzərə alıb belə uşaqlara ikiqat artıq vaxt ayırmaq lazımdır ki, cəmiyyət üçün digər uşaqlara yaxın normal bir fərd kimi yetişsinlər. Bu işə uşaq anadan olandan başlamaq önəmlidir.


Xəbərə aid fotolar