Azərbaycanda ilk dəfə rəngli pambıq yetişdirilib VİDEO FOTO


Digərləri 24 Okt 2018 23:12:00 259 0

Azərbaycanda ilk dəfə rəngli pambıq yetişdirilib  VİDEO  FOTO

Azərbaycanda təcrübə məqsədilə ilk dəfə yetişdirilən rəngli pambığın yığılmasına başlanılıb.

Son.az xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Məhərrəm Əliyev AZƏRTAC-a bildirib ki, Çindən gətirilən rəngli pambığın çiyidi bir qədər gec - iyun ayının əvvəlində əllə səpilib. Vegetasiya dövrü az olan bu pambıq yerli pambıqlarla eyni vaxtda bar verib. Mahlıcı zərif olan pambıq xına rəngi və bir qədər açıq rəngdədir. Məhsuldarlıq qənaətbəxşdir. Hər hektardan 45-50 sentner məhsul gözlənilir.

Yığılan məhsul Gəncə Aqrar Elm Mərkəzində təmizlənərək çiyid mahlıcdan ayrılacaq və respublikada bu pambıq sortunun çoxaldılması üçün toxumluq məqsədilə istifadə ediləcək. Növbəti ildə 5 hektarda rəngli pambığın becərilməsi nəzərdə tutulur.

Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təcrübə sahələrində 3 hektarda becərilən qiymətli strateji bitki olan soyanın da yığımı həyata keçirilir.


Xəbərə aid fotolar