Uşaqlarda göbək yırtıqları teztez verilən sualları həkim cavablandırır


Digərləri 24 Okt 2018 23:15:00 293 0

Uşaqlarda göbək yırtıqları  teztez verilən sualları həkim cavablandırır

Göbək yırtığı uşaqlar arasında kifayət qədər yayılmış pozulmadır.

Son.az saglamolun.az-a istinadən uşaq cərrahı və uşaq uroloqu Vüsal Cəfərovun göbək yırtıqları ilə bağlı ən tez-tez verilən sualların cavablarını təqdim edirik.

1. Uşaqlarda göbək yırtığı necə əmələ gəlir-səbəbləri nələrdir ?

Uşaqlarda göbək yırtığının yaranma səbəbi hamiləlik dövründə qarının ön divarındaki toxumaların göbək ətrafında tam olaraq birləşməməsidir. Nəticədə açıq qalan defektdən yırtıq əmələ gəlir. 

Vaxtında doğulan uşaqların 20-25%-də kiçik də olsa göbək yırtığı vardır. Yarımçıq doğulan və xüsusi ilə çəkisi 1500 qramdan az olan uşaqların isə təxminən 70-75%-i göbək yırtığı ilə dünyaya gəlirlər.

Yaranma səbəbləri arasında az da olsa xromosom xəstəlikləri (Down sindiromu, Beckwith Wiedemann sindiromu və s.) və tiroidin (qalxanabənzər vəz) anadangəlmə xəstəlikləri də vardır.

2. Diaqnozu necə qoyulur?

Adətən göbək düşdükdən sonra,  uşaq ağladığı zaman göbək nahiyyəsindən qabaran şişliyin görünməsi ilə diaqnozu qoyulur. Deffektin ölçüsünü təyin etmək üçün Ultrasəs muayinəsi edilməlidir.

3. Qasıq yırtıqları kimi boğulma təhlükəsi varmı?

Xeyir, göbək yırtıqlarında boğulma risqi çox azdır-0.7-1 %-dir. Yırtıq möhtəviyyatı isə bağırsaqlar və piylik olur.

4. Əməliyyat edilməzsə öz-özündən bağlana bilərmi ?

Göbək yırtıqlarında iki yanaşma şəkli var: