Dünya əhalisi artır, "kürə"miz dolur, taleyimiz necə olacaq?


Digərləri 24 Okt 2018 23:05:00 245 0

Dünya əhalisi artır, "kürə"miz dolur, taleyimiz necə olacaq?

Dövlətlər dil tapsalar, silahlanmaya qoyulan vəsaitin cüzi bir hissəsi ərzaq ehtiyatlarının artırılmasına, quraqlığın, qarşısının alınmasına yönəlsə... 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

BMT-nin Əhali Fondunun (UNFPA) proqnozuna görə, dünya əhalisi 2050-ci ilədək 2,2 milyard nəfər artacaq və əsrin ortalarında planetdə 10 milyarda yaxın insan yaşayacaq. Bu barədə məlumatı fondun direktoru Monika Ferrero Cenevrədə təqdim olunan hesabatda açıqlayıb. Təşkilatın hesabatında, həmçinin qeyd edilir ki, göstərilən dövrdə dünya əhalisinin artımının yarısı - 1,3 milyard nəfər Subsahara regionunun payına düşəcək. Hazırda dünya əhalisinin 17 faizinin yaşadığı Afrikada, əsrin ortalarında dünya əhalisinin 26 faizi məskunlaşmış olacaq. Saharadan cənubda yerləşən Afrika ölkələrində əhalinin tibbi sığorta və maariflənmə səviyyəsi, qadın hüquqlarının vəziyyəti və digər məsələlər demoqrafik artım fonunda, yaxın onilliklərdə daha ciddi vəziyyət ala bilər. Eyni zamanda, silahlı münaqişələr, təbii fəlakətlər, siyasi qeyri-sabitlik və əhalinin sürətli artımı bu regionda böhranların sayını artıra və əhalinin ərzaqla təminatını çətinləşdirə bilər.

Təşkilatın proqnozunda qeyd edilib ki, tendensiya bu cür davam edəcəyi halda, 2100-cü ilədək dünya əhalisinin sayı 11 milyarda çatacaq.