Həmcinsi ilə öpüşən azərbaycanlı müğənnidən ETİRAF: "İlk dəfə 6 yaşımda..."


Şou-biznes 24 Okt 2018 22:35:00 365 0

Həmcinsi ilə öpüşən azərbaycanlı müğənnidən ETİRAF: "İlk dəfə 6 yaşımda..."

Xəbər verdiyimiz kimi, müğənni Albina Pyakşova "Tək sən" adlı mahnıya yeni klip çəkdirib. Klipdə müğənni ilə həmcinsi arasında yaşanan intim duyğuların təsvir edilməsi sosial şəbəkələrdə müzakirələrə və qınaqlara səbəb olub.

Son.az xəbər verir ki, müğənni bu barədə publika.az-a müsahibə verib və bildirib ki, mahnının sözləri özünə aiddir.

- Mahnının yaranma tarixçəsindən başlayaq. Sözləri və musiqisi kimə aiddir?

- Musiqisi Wild B34ts Camala, sözləri isə mənə.

- "Tək sən" adlı klipinizdə kifayət qədər cəsarətli səhnələrdə çəkilmisiniz. Burada iki qadının bir-birinə olan məhəbbətindən söhbət açılır. Necə oldu ki, belə bir klip çəkməyə qərar verdiniz?

- Əslində mahnını yazanda klipin necə olması barədə və nəyisə konkret olaraq göstərmək fikrimiz yox idi. Sevgi azaddır. İnsan kimi istəsə, sevə bilər. Bu, onun seçimidir. İnsan duyğularına məhdudiyyət qoya bilməz. Biz sadəcə olaraq sevgini göstərmək istəyirdik. Fərqi yoxdur ki, bu, qadın və ya kişidir.

- Mahnının sözləri sizə aiddir. Maraqlıdır ki, onlar əks cinsə ünvanlanıb, ya həmcinsinizə?

- Konkret bir şəxsə ünvanlamayıb. Mahnıdakı mesaj ondan ibarətdir ki, hər bir insan özünü tapmağı və hər kəsi anlamağı bacarmalıdır. Biz hamımız eyni ola bilmərik. Özünü axtarışa çıxan insan bilməlidir ki, o, bu yolda onunla eyni fikirdə olmayan insanlarla qarşılaşacaq. Və bunu təbii qəbul etmək lazımdır.

- Klipdəki səhnələr Azərbaycan cəmiyyəti üçün çox cəsarətlidir. Düşünmürsünüz ki, bu, böyük kütlə tərəfindən birmənalı qarşılanmaya bilər. Qınaqlara hazırsınızmı?

- İstərdim ki, burada əsas diqqəti mahnının sözlərinə yönəldilsin. Mahnının mesajı mənim üçün çox vacibdir, bu baxımdan klipimiz maksimum dərəcədə diqqətçəkici olmalı idi ki, onu hər kəs heç olmasa bir dəfə dinləyə bilsin.

- Sizcə, bütün dinləyicilər mahnıda olan mesajı anlaya biləcək? Klipdəki səhnələr verdiyiniz mesaja mane olmur ki?

- Sözsüz ki, hər birimizin anlayış tərzi fərqlidir. Xüsusilə yaradıcı insanın nə demək istədiyini duymaq və anlamaq asan deyil. Təəssüf ki, insanların çoxu birinci görüntüyə fikir verir, sözlər ikinci planda qalır. Əgər bir kimsə mahnını gözünü yumaraq dinləsə, möhtəşəm nəticə əldə edəcək və qəlbimin üsyanını daha yaxından duyacaq.

Məni anlaya bilməyən insanlara nə deyə bilərəm ki? Hər halda həyat qısadır, gərək başqalarını anlaya biləsən.

- Rejissor klipin süjetini sizə danışanda dərhal razılaşdınız?