Dua Lipa Aleynadan oğurluq edib VİDEO


Digərləri 24 Okt 2018 22:38:00 424 0

Dua Lipa Aleynadan oğurluq edib  VİDEO

Dünya şöhrətli müğənni Dua Lipanın yeni mahnısını türkiyəli ifaçı Aleyna Tilkidən oğurladığı iddia edilir.

Son.az axşam.az-a istinadən bildirir ki, Duanın koreyalı "Blackpink" qrupu ilə oxuduğu "Kiss and make up" mahnısının Aleynanın "O sen olsan bari" mahnısı ilə eyni olduğu bildirilir.

Tilkinin fanatları "Twitter"də bununla bağlı paylaşım ediblər. Onlar "Dua Lipa yeni mahnısında Aleynanın "O sen olsan bari"nin musiqisindən ilhamlanıb" kimi tvitlər yazaraq onu oğurluqda günahlandırıblar.

Tilki isə paylaşımlara "Hm" tviti yazaraq reaksiya verib.