Avropa İttifaqı vətəndaşları işləmək üçün daha çox digər üzv ölkələrə üz tuturlar


Dünya 24 Okt 2018 21:57:00 226 0

Avropa İttifaqı vətəndaşları işləmək üçün daha çox digər üzv ölkələrə üz tuturlar

Avropa İttifaqı (Aİ) vətəndaşları işləmək üçün getdikcə daha çox digər üzv ölkələrə üz tuturlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2017-ci ildə 17 milyon Aİ vətəndaşı digər üzv ölkədə yaşayıb. Bu barədə məlumat Avropa Komissiyası tərəfindən Avropada işçi qüvvələrin sərbəst yerdəyişməsinin 50 illik yubileyi ilə bağlı yayılıb.

Məlumatda bildirilir ki, hər il bir milyon Aİ vətəndaşı yaşamaq və işləmək üçün digər üzv ölkələrə köçür, 680 min insan isə öz ölkəsinə qayıdır. 2017-ci ilin statistikasına görə, Aİ vətəndaşlarının 3,8 faizi vətəndaşı olduğu ölkədə deyil, ittifaqın digər ölkəsində daimi əsaslarla yaşayır. 2007-ci illə müqayisədə bu göstərici iki dəfə artıb.