Məşhur "Hubble" teleskopunda nasazlıq yaranıb


Digərləri 24 Okt 2018 21:39:00 248 0

Məşhur "Hubble" teleskopunda nasazlıq yaranıb

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) 1990-cı ildə kosmik fəzaya buraxdığı dünyanın ən böyük "Hubble" teleskopunda ciddi nasazlıq aşkar edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər oktyabrın əvvəlində teleskopun hiroskoplarından birində meydana gəlmiş ciddi nasazlığın orbital müşahidə missiyasına mənfi təsir etdiyini bildirmişdilər. Bu problemin qısa müddətdə həll olunması "Hubble"ın fəaliyyətinin normal məcraya qayıtmasını təmin etdi. Lakin bir neçə testlərdən sonra teleskopun mexanika hissəsində də nasazlıq üzə çıxıb. Bu dəfə "Hubble"da müşahidə obyektini dəyişmək üçün hiroskopun hərəkət mexanizmində problem yaranıb.

Kosmik fəzada böyük kəşflərə imza atmış "Hubble" altı hiroskopa malikdir. Teleskopun minimal fəaliyyətini təmin etmək üçün onlardan ən azı üçünün tam işlək vəziyyətdə olması lazımdır. NASA-nın kosmik fəzanı müşahidə missiyasının təmsilçisi Reyçel Ostin bildirib ki, astronomiya elminə görünməmiş töhfələr verən bu teleskopun "ömrünü" uzatmaq üçün bütün zəruri tədbirlər görülməlidir.