1,6 milyard dollarlıq cekpotun azı bir qalibi var


Digərləri 24 Okt 2018 21:45:00 264 0

1,6 milyard dollarlıq cekpotun azı bir qalibi var

Amerikanın "Mega Millions" lotereyasının təşkilatçıları 1,6 milyard dollarlıq rekord cek-potun azı bir qalibinin olduğunu elan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatçıların məlumatına əsasən, 6 rəqəmin uyğun gəldiyi bilet Cənubi Kaliforniya ştatında satılıb. Bununla yanaşı, bəzi ştatlarda biletlərin sayılması prosesi hələ davam edir. Əgər qaliblərin sayı çox olsa, uduş onların arasında bərabər bölünəcək.

"Mega Millions" lotereyasının cek-potu iyul ayından artmağa başlayıb. Lotereyanın 656 milyon dollarlıq əvvəlki rekordu 2012-ci ildə qeydə alınıb. O vaxt uduş üç qalib arasında bölünmüşdü. ABŞ-ın lotereya oyunları tarixindəki rekordu "Powerball" lotereyasına məxsus olub - 2016-cı ildə qalib 1,586 milyard dollar əldə edib.