Uşağın əmizdirilməsinin tənzimlənməsi


Digərləri 24 Okt 2018 21:48:00 302 0

Uşağın əmizdirilməsinin tənzimlənməsi

Mütəxəssislərin rəyinə əsasən, anaların yalnız bir neçə faizi (təxminən 1-5%), onların orqanizmində olan müxtəlif pozulmalara görə öz körpələrini ana südü ilə qidalandıra bilmirlər.

Qadınların qalan hissəsi isə (yəni əksəriyyəti) bunu bacarırlar. Əgər anada südün miqdarında və uşağın doyunca əmizdirilməsində müəyyən problemlər yaranırsa, bunun səbəbi heç də ananın "südsüz" olmasında deyil. Əksər hallarda bunun əsl səbəbi, ananın öz körpəsinin əmizdirilməsini düzgün tənzimləyə bilməməsidir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bir çox hallarda doğuşdan sonrakı 1-ci gün ərzində ananın döşləri yumşaq və sanki boş olur. İlkin süd, adətən, az miqdarda xaric olur. Bəzi qadınlarda ilkin süd nisbətən çox hazırlanır və hətta öz-özünə axır, digərləri isə hətta südün bir damcısını döşdən sıxa bimir. Lakin bu əlamətlər heç də döşdə olan ilkin südün həqiqi midarı və həmçinin, gələcəkdə hazırlanacaq südün həcmi barədə dəqiq məlumat vermir.

Doğulduğu ilk günlərdə körpə yalnız ilkin süd almalıdır (su, müxtəlif uşaq çayları, süyüd suyu, əmzik və s. yox!)! Bu həm körpənin sağlamlığı, həm də onun əmizdirilməsi prosesinin formalaşması üçün çox vacibdir. Həftənin ilk günlərində ana orqanizmində uşağın əmizdirilməsi "mexanizmi" işə salınaraq nizamlanmağa başlanır. Yadda saxlamaq lazımdır ki, uşaqların ana südü ilə qidalandırımasının sonrakı dörlərdə də müvəffəqiyyətlə aparılması, məhz bu ilk günlərdə onların düzgün qidalandırılmasından asılıdır.

Doğuşdan sonrakı ilk günlərdə və hətta ilk həftələrdə uşaqların əksəriyyəti uzun müddət ərzində oyanmadan yatırlar. Bu halda ana uşağın istəməsini gözləmədən onu əmizdirməlidir. Gündüz saatlarında əmizdirmələr arasında ana və körpə üçün zərərli olmayan ən uzun fasilə 2 saat ola bilər.