Almaniya "Brexit" səbəbindən Aİ büdcəsinə üzvlük haqqını 15 milyard avro artırmalı olacaq


Dünya 24 Okt 2018 21:33:00 302 0

Almaniya "Brexit" səbəbindən Aİ büdcəsinə üzvlük haqqını 15 milyard avro artırmalı olacaq

AFR 2021-ci ildən Avropa İttifaqının (Aİ) büdcəsinə üzvlük haqqını 15 milyard avro artırmalı olacaq. Bu, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlıdır. Məlumatı "Frankfurter Allgemeine Zeitung" ölkənin Maliyyə Nazirliyinə istinadla yayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtidarda olan Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı bloku ilə Almaniya Sosial Demokrat Partiyasının bağladığı koalisiya müqaviləsində bildirilir ki, AFR-in yeni hökuməti Aİ büdcəsinə üzvlük haqqını artırmağa hazırdır.