Azərbaycanlı aktrisa əsəbləşdi: "Sizin nəslinizdə kök insan yoxdur ki?" FOTO


Kriminal 24 Okt 2018 21:03:00 457 0

Azərbaycanlı aktrisa əsəbləşdi: "Sizin nəslinizdə kök insan yoxdur ki?"  FOTO

Aktrisa Xuraman Əlizadənin Son.az-a müsahibəsi.

- Xuraman xanım, uzun illər teatrda çalışmısınız. Hal-hazırda bu sənət ocağı üçün darıxırsınız?

- Bəzən darıxıram, bəzən də yox.

- Ən çox hansı rolunuz üçün darıxırsınız?

- Rol yox, tamaşa üçün darıxıram. "Ələddinin sehrli çırağı", "Nənənin kələyi" tamaşalarında iştirak etmişəm. Tərəf müqabillərim o dövrün ən məşhur və korifey sənətkarları olub. Teatrda həm insan, həm də heyvan rolları oynamışam.

- Alleqorik tamaşalara münasibətiniz necədir?

- Çox yaxşı. Gənc Tamaşaçılar Teatrında 9 ay ştatdan kənar işləyəndən sonra məni ştata "Dovşanın ad günü" tamaşasındakı heyvan obrazı ilə götürmüşdülər. 18 yaşından teatrda işləyirdim. 2008-ci ildə öz xahişimlə ərizəmi yazıb teatrdan getdim. Mən elə bilirdim ki, orda olan bir çoxu mənim dostumdur. Sən demə, elə iş yoldaşlarım imiş. Onlara sizin vasitənizlə demək istəyirəm ki, hərdən məni də yada salsınlar, tamaşalarına dəvət etsinlər. Vallah, dəvət etsələr, gedib sevə-sevə baxaram.

- Yenidən teatra qayıtmaq istərdiniz?


Xəbərə aid fotolar