Sosial şəbəkədə tanış olduğu evli qadını intim fotoları ilə şantaj etdi, 4 min dollar aldı


Kriminal 24 Okt 2018 21:06:00 305 0

Sosial şəbəkədə tanış olduğu evli qadını intim fotoları ilə şantaj etdi, 4 min dollar aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, A.Əzizov tanışı olan Quluzadə Fizzə Məmmədağa qızını  şantaj edərək pul tələb edib.

O, F.Quluzadə ilə sosial şəbəkədə tanış olub. Daha sonra aralarında isti münasibəti yaranan şəxslər bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir müddət keçəndən sonra A.Əzizov F.Quluzadəni şantaj edib. Onu intim şəkillərini sosial şəbəkədə yayacağı və qadını biabır edəcəyi ilə hədələyib. A.Əzizov bu şəkilləri yaymamaq üçün qadından ümumilikdə 4 min ABŞ dollar pul tələb edib və alıb.