8-ci Beynəlxalq Caspian Energy Forum Kvemo Kartli-yə qeydiyyat başlayıb


Digərləri 24 Okt 2018 21:09:57 237 0

8-ci Beynəlxalq Caspian Energy Forum Kvemo Kartli-yə qeydiyyat başlayıb

2018-ci il noyabrın 14-15-də Tbilisidə keçiriləcək 8-ci Beynəlxalq Caspian Energy Forum Kvemo Kartli-yə qeydiyyat başlayıb.

Bakı. 2018-ci il noyabrın 14-15-də Tbilisidə keçiriləcək 8-ci Beynəlxalq Caspian Energy Forum Kvemo Kartli-yə qeydiyyat başlayıb. Bu barədə Trend-ə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Forum Kvemo Kartli regionunun Qubernatorunun, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və Caspian European Club-un dəstəyi ilə keçiriləcək. Təşkilatçı Caspian Energy Georgia şirkətidir. Caspian Energy Forum Kvemo Kartli-də sıralarında Gürcüstan və Azərbaycanın dövlət qurumlarının rəhbərlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin nəhəng beynəlxalq şirkətlərin və maliyyə institutlarının başçılarının yer aldığı 100-dən artıq deleqat iştirak edəcək.