Nazir: "İran Azərbaycana 600 meqavat gücündə elektrik enerjisi ixrac edəcək"


Digərləri 24 Okt 2018 20:00:00 241 0

Nazir: "İran Azərbaycana 600 meqavat gücündə elektrik enerjisi ixrac edəcək"

Qonşu ölkələrlə həyata keçirilən razılaşmalara əsasən İranın elektrik ixracında heç bir dəyişiklik olmayacaq və bunun sanksiyalarla əlaqəsi yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın energetika naziri Rza Ərdəkanian ABŞ-ın 4 noyabrda tətbiq edəcəyi sanksiyaların İranın elektrik ixracına təsiri ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, İran elektrik enerjisi mübadiləsini inkişaf etdirmək istəyir: "Bu istiqamətdə təxminən on gün öncə Rusiya və Azərbaycanın elektrik və enerji nazirlərinin müavinləri səviyyəsində Moskvada iclas keçirildi və yaxşı nəticələr əldə olundu. Dekabr ayında da Tehranda iclas keçiriləcək".