İcazəsiz ov edən şəxslər saxlanıldılar


Digərləri 24 Okt 2018 19:32:00 213 0

İcazəsiz ov edən şəxslər saxlanıldılar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Vaqif Əliyev və Rauf Əliyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış cürə quşu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 2005 manat məbləğində cərimə və ziyan tətbiq olunub.