“Allerqologiyada Müasir Diaqnostika” mövzusunda konfrans keçirilib (FOTO)


Digərləri 24 Okt 2018 18:55:00 241 0

“Allerqologiyada Müasir Diaqnostika” mövzusunda konfrans keçirilib (FOTO)

“Sağlam Ailə” Ultralab Mərkəzinin təşkilatçılığı ilə Hilton Hotelində “Allerqologiyada Müasir Diaqnostika” mövzusunda 2-ci konfrans keçirilib.

Bakı. “Sağlam Ailə” Ultralab Mərkəzinin təşkilatçılığı ilə Hilton hotelində “Allerqologiyada Müasir Diaqnostika” mövzusunda 2-ci konfrans keçirilib. Trend-in məlumatına görə, konfransda Azərbaycanın və Ukraynanın müvafiq tibb müəssisələrinin nümayəndələri ilə yanaşı, yerli tibb müəssisələrinin həkimləri iştirak edib. Konfransı giriş sözü ilə Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Cəmiyyətinin prezidenti, professor, t.e.d, ə.e.x. Amaliya Əyyubova açaraq, “Azərbaycan Respublikasında allerqopatologiyaların strukturu, müasir diaqnostika imkanları və müalicəsi” mövzusu haqqında iştirakçılara ətraflı məlumat verib. Daha sonra Kliniki İmmunologiya, Allerqologiya və “Forpost” laboratoriyasının baş direktoru, Ukrayna məktəbinin “Molekulyar Allerqologiya və İmmunologiya” bölməsinin prezidenti Nazarenko Aleksandr Pavloviç “Molekulyar allerqologiyaya giriş” mövzusu üzrə çıxış edib. Qonaq məruzəçilər arasında yer alan Otolarinqologiya, Allerqologiya sahələri üzrə alim, tibb elmləri doktoru, Ukraynanın əməkdar həkimi, “Yuxarı Tənəffüs Yollarının və Qulaq Allergik xəstəlikləri” mərkəzinin baş köməkçisi, professor Qoqunskaya İnna Vladimirovna “Rinitin allergen molekulları” mövzusu haqqında öz dəyərli fikirlərini bölüşüb.