Elman Nəsirov: ABŞ Prezidenti müşavirinin Azərbaycana səfərinin çox böyük siyasi və geostrateji əhəmiyyəti var


Digərləri 24 Okt 2018 18:37:00 249 0

Elman Nəsirov: ABŞ Prezidenti müşavirinin Azərbaycana səfərinin çox böyük siyasi və geostrateji əhəmiyyəti var

ABŞ Prezidenti müşavirinin Azərbaycana səfərinin çox böyük siyasi və geostrateji əhəmiyyəti var.

Bakı. Samir Əli - Amerika Birləşmiş Ştatları Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə keçirdiyi ikitərəfli görüşdə mühüm məsələlər geniş müzakirə olundu. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, görüşdə Azərbaycan və ABŞ arasındakı münasibətlər, regiondakı vəziyyət və ən əsası, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi diqqətdə saxlanılıb: "Cənab Prezident görüş zamanı Con Boltonun bu səfərini yüksək qiymətləndirdi və qeyd etdi ki, Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır və bizim münasibətlərimiz ilk növbədə beynəlxalq sülhə, təhlükəsizliyə dəstək kontekstində ən yüksək səviyyəyə gəlib çatıb. Xüsusən də Əfqanıstana dəstək məsələsində Azərbaycan ABŞ ilə sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev, həmçinin ikitərəfli münasibətlərdə enerji sektorunun oynadığı rola diqqət etdi. Bildirdi ki, ABŞ Azərbaycanın enerji təhlükəsizliyi siyasətini dəstəkləyir və buna görə də Avropanın ən böyük enerji layihəsi olan Cənub Qaz Dəhlizinin reallaşdırılmasında Birləşmiş Ştatların dəstəyi çox böyük rol oynayıb". E.Nəsirov qeyd edib ki, dövlət başçısı görüşdə Azərbaycanın həllini tapmayan ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb: "Dövlət başçısı bildirdi ki, Azərbaycanın həllini tapmayan əsas problemi Dağlıq Qarabağ problemidir və bu münaqişənin real mahiyyəti haqqında Con Boltona məlumat verdi. Prezident İlham Əliyev xüsusilə də BMT və digər təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərar və qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğuladı. Bu vəziyyət Ermənistanda bir növ arxayınçılıq yaradıb və bu məsələdə biz Ametika Birləşmiş Ştatlarının dəstəyinə ümid bəsləyirik və inanırıq ki, bu səfər münaqişənin həlli istiqamətində öz rolunu oynayacaq". Millət vəkili vurğulayıb ki, görüş zamanı C.Bolton da Azərbaycan-ABŞ münasibətlərini yüksək qiymətləndirib: "Con Bolton qeyd etdi ki, xüsusilə təhlükəsizlik məsələlərində hər iki dövlət eyni mövqedədir, xüsusilə beynəlxalq terrorizmə qarşı mübarizə, insan alverinə qarşı mübarizə məsələlərində ikitərəfli əməkdaşlığın yüksək nəticələri var. Bolton xüsusilə vurğuladı ki, Azərbaycanın ən ağrılı problemi məhz Dağlıq Qarabağ münaqişəsidir və ABŞ bunun fərqindədir, münaqişənin həlli ilə bağlı səylərtini artırmaq niyyətindədir. Şübhəsiz ki, Con Bolton ölkəsinə qayıdandan sonra Azərbaycan həqiqətlərini, Azərbaycanın regionda oynadığı yeri və rolu, eyni zamanda üzləşdiyi əlavə problemin mahiyyəti haqqında Amerika Birləşmiş Ştatlarının Prezidentinə lazımi məlumatlar verəcək. Bu səbəbdən də səfərin çox böyük siyasi və geostrateji əhəmiyyəti var". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin