Damlanın prodüseri İradəni intim videoları ilə şantaj edir:


Digərləri 24 Okt 2018 18:13:00 304 0

Damlanın prodüseri İradəni intim videoları ilə şantaj edir:

http://azxeber.com/az/damlanin-produseri-iradeni-intim-videolari-ile-santaj-edir-oteller-kralicasi-foto-video/

Müğənnilər Damlanın prodüseri Şamil müğənni İradə Mehrini intim videolarını yayacağı ilə hədələyib. Son.az baku.ws-ə istinadən xəbər verir ki, prodüser bunu Damlanın ünvanına təhqiramiz ifadələr işlədən İradənin səsini kəsmək məqsədilə edib.

Qeyd edək ki, bu düşmənçiliyə səbəb Damlanın həmkarının illər öncə ifa etdiyi "Sevmişdim" mahnısını repertuarına salması, üstəlik də klip çəkdirməsi olub. Bundan qəzəblənən İradə Mehri media və sosial şəbəkə vasitəsilə Damlaya iradını və etirazını bildirib.

İşlədiyi müğənnini müdafiə etmək və qarşı tərəfin səsini kəsmək qərarına gələn Şamil İnstagram səhifəsində əlində İradə Mehrinin intim videoları olduğunu yazıb və əgər ağıllı olmazsa, onları yayacağı ilə şantaj edib:

"Əxlaq meyarlarından və qeyrətdən dəm vuran xanımcıq. Mən bilməzdim, sən otellər kraliçasısan. Faktlar əlimdə olduğu üçün əminliklə yazıram. Deyirəm, bəlkə ağıllı olasan? Bəlkə xatırlatma edim? Akva Park, Novxanı Əli... Oteldə camaatın arvadının səni sürüməsi... Ən əsas, əlimdə olan video görüntülər! Nə deyirsən, bəlkə paylaşım? Axı sən məşhur olmaq istəyirsən? Sumqayıtda hansı bölmədə şikayət olunmusan, bəlkə onu da açıqlayım?

Sən çox təhlükəli qapını açmısan. Daha doğrusu, yalnız düyməni basmısan. Qız balana yazığın gəlsin. Quzu, canavara yem olmaq istəmirsənsə, sus, yerində sakit otur! Otel videolarını paylaşmaq üçün səbirsizlənirəm, mənim namuslu balam".

Bir müddətdən sonra prodüser bu paylaşımlarını silib. Lakin İradə Mehri prodüseri hədə və şantaj dolu paylaşımını və mesajlarını skrin edərək öz səhifəsində paylaşıb.


Xəbərə aid fotolar