Elçin Əhmədov: Fransa Minsk qrupunun həmsədri olsa da, qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti göstərir


Digərləri 24 Okt 2018 18:02:00 218 0

Elçin Əhmədov: Fransa Minsk qrupunun həmsədri olsa da, qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti göstərir

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sent-Etyen merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə etiraz edir.

Bakı. ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti göstərir. Trend-in məlumatına görə, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov Fransanın Sent-Etyen şəhərinin merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yaydığı bəyanatı şərh edərkən deyib. E.Əhmədov qeyd edib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Sent-Etyen şəhəri arasında dostluq haqqında bəyanat imzalanıb. Bu məqsədlə Fransanın Sent-Etyen şəhərinin meri Qael Perdriau qərəzli və anti-Azərbaycan mövqeyi ilə tanınan və erməni lobbisinin təsiri altında olan Fransua Roşebluanın müşayiəti ilə qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib: "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Fransanın Sent-Etyen şəhərinin merinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında qeyri-qanuni bəyanatın imzalanmasını kəskin şəkildə pisləyir və hiddətimizi ifadə edirik. Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında mərkəzi qaydada imzalanmış təmimi təlimata baxmayaraq, Fransanın bəzi şəhərlərinin rəhbərləri Fransadakı erməni lobbisinin təsiri altında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edir və hərbi işğal altında olan şəhərlərlə müxtəlif qeyri-qanuni sənədlər imzalayırlar. Təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibət göstərilir və təsirli addımlar atılmır". O əlavə edib ki, bu kimi qeyri-qanuni əməllərə əl atan Fransanın bəzi şəhərlərinin rəhbərləri, o cümlədən Sent-Etyen şəhərinin meri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni dəstəkləyir və ona bəraət qazandırır: