Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib FOTO


Digərləri 24 Okt 2018 17:50:00 225 0

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib  FOTO

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. 

Son.az xəbər verir ki, "Metak" MMC-nin "Emtv.az" saytına qarşı şikayətini araşdıran komissiya üzvləri rəyə gəliblər ki, informasiya resursunun hazırladığı materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın (AJPDQ) əksər prinsipləri pozulub. Materiallarda şirkət barədə ciddi ittihamlar yer tutsa da,  qarşı tərəfin rəyi öyrənilməyib, həmçinin, yanlış məlumatların düzəldilməsi üçün şirkət tərəfindən edilən müraciətlər nəzərə alınmayıb. İnformasiya resursunda yayımlanan materiallarda  kampaniyaçılığın üstünlük təşkil etdiyini nəzərə alaraq, daha geniş müstəvidə araşdırılma üçün məsələ MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına yönləndirilmişdir. 

"Veysəloğlu" MMC-nin "Gündəm Xəbər" qəzetinə qarşı şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, şirkətin eyni motivli müraciəti əsasında məsələ artıq Yasamal Rayon Məhkəməsində araşdırılıb və qəzet haqqında hökm çıxarılıb. Məhkəmə hökmü olduğu üçün  komissiya  məsələni baxılmamış saxlayıb. 


Xəbərə aid fotolar