AMEAnın institutlarında yeni şöbələr yaradılıb


Digərləri 24 Okt 2018 17:27:00 227 0

AMEAnın institutlarında yeni şöbələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi institutlarında yeni şöbələr yaradılıb.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı AMEA-nın Dövlət İdarəçilik Akademiyası ilə birgə keçirdiyi Elmi Şuranın iclasında qərar verilib.

Qərara əsasən, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyası və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Təhsil şöbəsi yaradılıb.

İclasda AMEA professorlarının Koordinasiya Şurasının əsasnaməsi də təsdiq edilib.