Səsvermə bitdi Paşinyanın baş nazir postuna namizədliyi qəbul edilmədi


Dünya 24 Okt 2018 17:14:00 262 0

Səsvermə bitdi  Paşinyanın baş nazir postuna namizədliyi qəbul edilmədi

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hökumət başçısı postuna namizədliyini qəbul etməyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda onun namizədliyini heç bir namizəd dəstəkləməyib. Belə ki, 11 nəfər bitərəf qalıb, 1 nəfər əleyhinə səs verib.

Daha öncədən qeyd edilmişdi ki, parlamentdə keçiriləcək səsvermə zamanı o, baş nazir seçilməyəcəyi təqdirdə parlamentin buraxılacağı gözlənilir.