Miçel: "Bizi çox çətin oyun gözləyir"


İdman 24 Okt 2018 17:19:00 259 0

Miçel: "Bizi çox çətin oyun gözləyir"

Goal.az-ın məlumatına görə, bu sözləri Qarabağ-ın futbolçusu Miçel Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah Vorskla ilə Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında  deyib.

“Bilirik ki, bizi çox çətin və vacib oyun gözləyir. Rəqib barədə yüksək fikirdəyik. Oyunlarını izləmişik, yaxşı komandadır. İlk iki oyunda uduzsalar da, rəqiblərinə çətin anlar yaşadıblar. Biz də özümüzə güvənirik. İnanırıq ki, müsbət nəticə qazanacağıq”.

Rəqibi yaxşı təhlil etdiklərini bildirən ispaniyalı yarımmüdafiəçi meydana müsbət nəticə üçün çıxacaqlarını əlavə edib: "Rəqibin oyunlarının videolarını izləmişik, kompakt komandadır. Hücumameyilli oyunçuları sürətlidir. Arsenal-la görüşdə 4 top fərqi ilə geridə olsalar da, 2 qol vura bilmişdilər. Həm avrokubokda, həm də daxili çempionatda asan rəqib yoxdur".