AMEA alimlərinə fəxri medallar veriləcək


Digərləri 24 Okt 2018 17:09:00 225 0

AMEA alimlərinə fəxri medallar veriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlı mükafatlarının fəxri medallarla əvəz edilməsi üçün müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA prezidenti, akademik Akif Əlizadə Dövlət Idarəçilik Akademiyası ilə birgə keçirilən Elmi Şuranın iclasında bildirib.

A.Əlizadə bildirib ki, AMEA-nın adlı mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə 2014-cü ildə təsis edilib.