Prezident müşaviri: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına sadiq qalacaq"


Siyasət 24 Okt 2018 16:31:00 367 0

Prezident müşaviri: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına sadiq qalacaq"

ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına sadiq qalacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton mətbuat konfransında deyib.

C.Bolton qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda sülhün bərqərar olmasına, eyni zamanda beynəlxalq müstəvidə də öz təsirini göstərə bilər: "Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli strateji nöqteyi-nəzərdən bizim üçün də mühüm əhəmiyyət kəsb edir".

Müşavir Azərbaycandan sonra Ermənistana səfər edəcəyini bildirib: "Ümid edirəm ki, Ermənistan rəsmiləri ilə görüşlər keçirərək Yerevan tərəfinin də Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baxışları ilə tanış olacağam. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və bu istiqamətdə fəaliyyət göstərərək münaqişənin dinc yolla həllinin tapılması istiqamətində sadiqliyimizi nümayiş etdirməyə davam edəcəyik".