“Lotu Quli”nin adamına bəraət verildi


Digərləri 24 Okt 2018 16:33:00 294 0

“Lotu Quli”nin adamına bəraət verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Rafət Əlibayramski" kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı avtoritet Rüfət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrəhimova hökm oxunub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə K.Əmirov, İ. İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

R. Əmirova ittiham olunduğu Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə bəraət verilib.