Vitseprezident: "AİB Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməkdə davam edəcək"


Siyasət 24 Okt 2018 16:39:00 320 0

Vitseprezident: "AİB Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməkdə davam edəcək"

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməkdə davam edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda mətbuat konfransında bankın vitse-prezidenti Vençay Janq deyib.

Vitse-prezident bildirib ki, bu məsələ 2019-cu ilin birinci yarısında baxılması nəzərdə tutulan beşillik strategiyada əks olunub.

V.Janq əlavə edib ki, AİB Azərbaycanda özəl sektorun inkişafını da dəstəkləmək niyyətindədir.