Nuru Paşanın Kür çayının sahilində gecələdiyi ev


Digərləri 24 Okt 2018 16:24:00 302 0

Nuru Paşanın Kür çayının sahilində gecələdiyi ev

Məlum olduğu kimi, prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bu günlərdə  daha bir maraqlı fakt üzə çıxıb.  Son.az xəbər verir ki, Moskvada yaşayan hüquqşünas Samir Kərimov 1918-ci ilde azərbaycanlılara qarşı törədilmiş soyqırımının qarşısının alınmasında iştirak etmiş Qafqaz İslam Ordusu ilə bağlı faktı  modern.az-la bölüşüb. Samir Kərimov bildirib ki, tarixi fakt Azərbaycanı işğalçılardan azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlıdır.

"Bildiyiniz kimi, 1918-ci ildə Azərbaycanın bir çox bölgələrində erməni-bolşevik cinayətkar birliyi tərəfindən xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirilib. 

Azərbaycanın igid oğulları torpaqlarımızı erməni, bolşevik və ingilis işğalçılarından azad etməklə yanaşı, 1918-ci ildə tarixə çox əlamətdar hadisələr həkk etdiriblər:

-  Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında 28 may 1918-ci ildə Azərbaycanın Dövlət Müstəqilliyini elan ediblər;

-  15 sentyabr 2018-ci ildə Bakını düşmən qüvvələrdən azad edibər;

-  Azərbaycan hökumətinin Bakıya köçürülməsinə, 7 dekabr 1918-ci ildə Azərbaycan Parlamentinin toplanmasına və müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına nail olublar.

Azərbaycanın və onun ürəyi olan Bakının düşməndən azad edilməsi Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi altında  qəhrəman ogulladimizin qanı bahasına başa gəlib.

1918-ci ilin iyulunda Qafqaz İslam Ordusu Gəncə şəhərində 2 qrupa - şimal və cənub qrupuna bölünərək Bakı istiqamətində hərəkət edib, şəhər və kəndlərimizi ermənilərdən təmizləməyə  başlayıblar". 

"Kəndimizin adı "Bulduq" olacaq"

Samir Kərimov həmçinin bildirib ki, yaşı 100-dən çox olan kəndə "Bulduq" adının verilməsi Nuru Paşanın sözləri ilə əlaqəlidir:

"1918-ci ilin iyulunda Qafqaz İslam Ordusunun şimal və cənub qrupu Kürdəmir və Şamaxı ərazisini ermənilərdən azad etdikdən sonra, Nuru Paşa onu müşayiət edən əsgər və zabitlərlə birgə o bölgənin çox zəngin və imkanlı bəylərindən olan mənim ulu babam Kərbəlayı Nəcəfqulu bəyin qonagi olublar və babamin Kür çayının sahilində yerləşən evində bir gecə qalıb.

Səhər yeməyindən sonra durub gedərkən Nuru Paşa babama deyib: "Biz burda da olduq, kəndi türkümüzü bulduq". Kərbəlayı Nəcəfqulu bəy ağ atın belində öz çevrəsi ilə  Nuru Paşanı yola salıb qayıtdıqdan sonra deyib ki, "qərarım qətidir, kəndimizin adı "Bulduq" olacaq". 

Bulduq kəndi indiki Sabirabad rayonunun Muğan bölgəsində, Kür çayinin sahilində yerləşir.

Kərbəlayı Nəcəfqulu bəyin həyat yoldaşı Gülzar xanım dünyasını 124 yaşında, 1960-cı ildə dəyişib. Kərbəlayı Nəcəfqulu bəyin 1886-cı ildə Xudafərin körpüsündən keçərək Cənubi Azərbaycandan həmişəlik Şimali Azərbaycana daşınmasını, 1888-ci ildə şəkildəki evi tikdirərək orada məskunlaşmasını və 1918-ci ildə həmin kəndi "Bulduq" adlandırmasını Gülzar xanım sağlığında ata-anama ətraflı danışıb".

Müsahibimiz tarixi faktdan danışarkən nənəsi Gülzar xanımın erməni vəhşiliyi barədə söylədiklərindən söz açıb.


Xəbərə aid fotolar