Bakıda QDİƏT-in nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib (FOTO)


Digərləri 24 Okt 2018 16:25:00 312 0

Bakıda QDİƏT-in nəqliyyat sahəsi üzrə  işçi qrupunun iclası keçirilib (FOTO)

Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib.

Bakı. Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya və Bolqarıstandan sahə üzrə məsul şəxslər iştirak edib. Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat sahəsi üzrə əməkdaşlıq əlaqələri, “Qara dəniz dairəvi avtomobil yolunun inkişaf koordinasiyası”, “Dəniz magistralının inkişafı”, “Yüklərin avtomabil nəqliyyatı ilə daşınmasının asanlaşdırılması” sahəsində anlaşma memorandumlarının qəbul edilməsi və işçi qrupuna nəqliyyat sahəsində çalışan nümayəndələrin təyin edilməsi kimi məsələlər müzakirə olunub. Bundan başqa, “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə multimodal bərə və sərnişin xətlərinin inkişafı” üzrə Rusiya Federasiyası tərəfindən təklif olunmuş anlaşma memorandumu, eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olub. Sonda qərar, qətnamə və tövsiyələrin Xarici İşlər Nazirlər Şurası tərəfindən tətbiq edilməsi qərara alınıb və iclasın hesabatı qəbul edilib.