AMEA-nın institutlarında yeni şöbələr yaradılıb


Digərləri 24 Okt 2018 16:28:00 213 0

AMEA-nın institutlarında yeni şöbələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarında yeni şöbələr yaradılıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarında yeni şöbələr yaradılıb. Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Dövlət Idarəçilik Akademiyası ilə birgə keçirdiyi Elmi Şuranın iclasında qərar verilib. Qərara əsasən, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Eksperimental fonetik araşdırmalar laboratoriyası və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Təhsil şöbəsi yaradılıb. Iclasda AMEA professorlarının koordinasiya şurasının Əsasnaməsi də təsdiq edilib.