“Yanlış məlumatlandırma siyasəti” mövzusunda işçi sessiya keçiriləcək


Digərləri 24 Okt 2018 16:05:00 251 0

“Yanlış məlumatlandırma siyasəti” mövzusunda işçi sessiya keçiriləcək

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 26-da AZƏRTAC-ın təşkilatçılığı ilə "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiya keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, sessiyada cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələr ilə bağlı məruzələr dinləniləcək, diskussiyalar aparılacaq, suallar cavablandırılacaq.

Yerli və xarici kütləvi informasiya vasitələrinin, beynəlxalq və regional media qurumlarının rəhbərlərinin və nümayəndələrinin, tanınmış ekspertlərin iştirakı ilə keçiriləcək sessiya iki hissədən ibarətdir.

Sessiyanın Rusiya Federasiyasının TASS agentliyinin Baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusmanın moderatorluğu ilə keçəcək birinci hissəsini AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər agentlikləri Konqresi və OANA-nın prezidenti Aslan Aslanov giriş nitqi ilə açacaq. Sonra Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Rumıniyanın AGERPRESS agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi, Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, İranın İRNA xəbər agentliyinin baş direktoru Sayed Ziya Haşemi, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, "Belarus seqodnya" media holdinqin baş direktoru Dmitri Juk və "Hoy Los-Angeles" qəzetinin baş redaktoru Alexandro Masiel çıxış edəcəklər.