AMEA alimlərinə fəxri medallar veriləcək


Digərləri 24 Okt 2018 16:04:00 294 0

AMEA alimlərinə fəxri medallar veriləcək

AMEA-nın adlı mükafatlarının fəxri medallarla əvəz edilməsi üçün müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılacaq.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlı mükafatlarının fəxri medallarla əvəz edilməsi üçün müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılacaq. Trend-in məlumatına görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə Dövlət İdarəçilik Akademiyası ilə birgə keçirilən Elmi Şuranın iclasında bildirib. A.Əlizadə bildirib ki, AMEA-nın adlı mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə 2014-cü ildə təsis edilib.