İcbari tibbi sığorta hansı mənbələrdən maliyyələşəcək...


Digərləri 24 Okt 2018 15:56:00 253 0

İcbari tibbi sığorta hansı mənbələrdən maliyyələşəcək...

Hazırda Mingəçevir, Ağdaş, Yevlax və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda pilot layihə olaraq həyata keçirilən icbari tibbi sığortanın 2019-cu ildə bütün ölkə üzrə tətbiq olunacağı gözlənilir.

İcbari tibbi sığorta nədir?

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.

İcbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

Prezidentin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən,  Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati əraziləri pilot ərazilər olaraq təsdiq edilib. Layihə Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilir, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda davam etdirilir.

 

Şərtlər və imtiyazlar

Artıq icbari tibb sığortanın şərtləri təqribən də olsa müəyyənləşib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) sığorta haqqının illik 120 manat (aylıq 10 manat) olmasını təklif edib. Bu barədə modern.az-a danışan İTSDA-nın mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib ki, qeyd edilən məbləğ bir çoxlarının düşündüyü kimi qanuni qüvvəyə minməyib:

"Agentlik təklif edib ki, illik sığorta haqqı adambaşına 120 manat civarında olsun. Bəzi təbəqələr də sığorta haqqı ödəməkdən azad edilsin. Bunlara əlillər, uşaqlar, pensiyaçılar, əyani təhsil alan tələbələr daxildir".

Məsələ ilə bağlı baş nazirin müavini Əli Əhmədov jurnalistlərə bildirib ki, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı əsasən büdcənin üzərinə düşəcək:

"Maliyyələşmənin əsas ağırlığı büdcənin üzərinə düşəcək. Başqa sözlə, bu gün səhiyyəyə ayrılan büdcə vəsaitinin müvafiq hissəsi icbari tibbi sığorta fonduna istiqamətlənəcək".

İşəgötürənlərin, yəni şirkətlərin bu prosesə pul ayırmasının vacibliyinə gəlincə, Ə.Əhmədov bildirib ki, işçinin xəstələnməsi və işə çıxmaması müəssisəyə onun müalicəsindən daha baha başa gəlir və bu vəziyyətdə ən yaxşı üsul mütəşəkkil formada icbari tibbi sığortadır.

"Hesab edirəm ki, işəgötürənlər əməkhaqqının 2 - 2,5 faizi miqdarında icbari tibbi sığorta ödəmələrini həyata keçirməklə işçilərinin sağlamlığına və dolayısı ilə öz müəssisəsinin daha çox itkilərdən qorunmasına nail olunduğuna anlaşma ilə yanaşacaqlar. Hazırda Azərbaycanda orta aylıq əmək haqqının 441 manat olduğunu nəzərə alsaq, vətəndaşlar icbari tibbi sığorta fonduna orta hesabla 5-10 manat ödəyəcəklər".

Əli Əhmədovun sözlərinə görə, icbari tibbi sığortaya pul ödəməklə insanlar həm özlərinin, həm də ailəsinin daha etibarlı tibbi xidmətlər almasını təmin etmiş olacaqlar".

İcbari tibbii sığortanın maliyyə mənbələri

Son.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov modern.az-a bildirib ki, müasir dövrdə tibbin sürətli inkişafı, yeni texnologiyaların tətbiqi səhiyyə xərclərinin artmasına gətirib çıxarıb:

"Bir çox ölkələrdə səhiyyənin maliyyələşməsi, artan səhiyyə xərclərinin qarşılanması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahəyə ayrılan vəsaitlərin dövlət büdcəsindən - vahid mənbədən asılılığının azaldılması, maliyyə sabitliyinin qorunması üçün mövcud maliyyə mənbələrinin çeşidləndirilməsinə və yeni mənbələrin axtarışına zərurət yaranır.

Hazırda səhiyyə sahəsində ənənəvi mənbələr - sığorta haqları, vergilər, dövlət büdcəsindən daxilolmalar və s. mövcuddur. Ənənəvi mənbələrlə yanaşı, bir sıra ölkələr tütün, spirtli içkilər, yanacaq və digər istehlak mallarına rüsumların tətbiqindən alternativ maliyyə mənbəyi kimi uğurla istifadə edirlər. Beynəlxalq təcrübədən də görünür ki, dövlətlər artıq səhiyyənin dövlət büdcəsi hesabına maliyyələşdirilməsindən imtina edərək icbari tibbi sığorta sisteminə keçirlər. İcbari tibbi sığorta həmrəylik prinsipinə əsaslanan sosial layihədir. Burada dövlətlə yanaşı, vətəndaşlar da sığorta haqqı formasında müəyyən məbləğlər ödəyərək səhiyyənin maliyyələşdirilməsində iştirak edirlər. İcbari tibbi sığorta hazırda səhiyyənin maliyyələşməsində ən effektiv və dayanıqlı sistemdir".

İcbari tibbi sığortanın dünya təcrübəsi

İTSDA rəsmisi icbari tibbi sığortanın tətbiq edildiyi dünya ölkələrilə bağlı fikirlərini də bölüşüb: