Almaniya nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub


Digərləri 24 Okt 2018 15:47:03 209 0

Almaniya nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub

Azərbaycan-Almaniya forumu, diaspor şəbəkəsinin yaranması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Bakı. Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı Fraksiyasının, eləcə də İqtisadiyyat və Energetika Komitəsinin üzvü Mark Hauptman, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Haiser və Almaniyanın nüfuzlu iş adamlarının daxil olduğu nümayəndə heyəti ilə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Dövlət Komitəsinin sədri ölkələrimiz arasında əlaqələrdən danışaraq Azərbaycan diasporu və diaspor hərəkatının yeni istiqamətləri barədə məlumat verib, Prezident İlham Əliyevin Azərbaycan diasporunun inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib. Dövlət Komitəsinin sədri son dövrlərdə Avropa ölkələrinə reallaşan səfərləri barədə məlumat verib, Avropada yaranan Koordinasiya Şuralarının məqsəd və məramı barədə danışıb. Almaniyada məskunlaşan və eyni zamanda, təhsil alan azərbaycanlılar, onların yaşadıqları cəmiyyətə inteqrasiyası, dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı, ortaq layihələr, Azərbaycan-Almaniya forumu, diaspor şəbəkəsinin yaranması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.