Partlamamış hərbi sursatın məktəbdə nə işi var?


Digərləri 24 Okt 2018 15:15:00 253 0

Partlamamış hərbi sursatın məktəbdə nə işi var?

Dünən "ANAMA"nın 175 nömrəli tam orta məktəbin zirzəmisində 352 ədəd müxtəlif növ partlamamış hərbi sursatın aşkar olunması ilə bağlı yaydığı məlumat valideynlərin narahatlığına səbəb olub. 

Son.az xəbər verir ki, qafqazinfo sözügedən məktəbə baş çəkib və direktor Tural Mirzəliyevlə görüşüb. O, açıqlamasında bildirib ki, belə bir fakt var, amma bir qədər şişirdilərək təqdim edilib. Götürülmüş ləvazimatların heç birinin alışmaq, yanmaq ehtimalı yoxdur:

"Hətta onları tonqala belə atsan, alışmayacaq. Təlim məqsədli avadanlıqlardır. İki həftə əvvəl bu məktəbə təyin edilmişəm. Ətraf əraziyə, həmçinin məktəbin zirzəmisinə təmizlik məqsədi ilə baxış keçirən zaman əvvəlki dövrlərdən qalmış lazımsız ləvazimatları aşkarladıq. Tapılmış patronların heç bir təhlükəsi yoxdur. İçi barıtsız, alışma imkanı olmayan təlim məqsədli avadanlıqlar idi.

Onsuz da, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vaxtaşırı məktəbə baxış keçirir. Biz də xəbər tutan kimi FHN-ə məlumat vermişik. Gəlib baxış keçirilib. Qərar verildi ki, ləvazimatlar artıq təlim üçün də yararsızdır və aktlaşdırılaraq götürülməlidir. Odur ki, tapılmış patronlar və bir top mərmisi agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Hazırda əleyhqazlar qalıb və onlar barədə də tədbir görüləcək".


Xəbərə aid fotolar