"Azərbaycan GUAM ölkələri ilə birgə elektron vergi bəyannaməsinin tətbiqini müzakirə edir"


Digərləri 24 Okt 2018 15:06:00 287 0

"Azərbaycan GUAM ölkələri ilə birgə elektron vergi bəyannaməsinin tətbiqini müzakirə edir"

GUAM çərçivəsində verginin elektron bəyan edilməsi prosesi ilə bağlı müzakirələr aparılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, müzakirələr yaxın zamanlarda Bakıda davam etdiriləcək:

"Hesab edirik ki, Azərbaycanın müsbət təcrübəsi təkcə GUAM katibliyi, ISESCO səviyyəsində yox, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində tətbiq oluna bilər. Əsas odur ki, bu işlər bizim qanunvericiliyimizə uyğun aparılsın, çünki bu qanunvericilik Avropa direktivlərinə əsaslanır. Bu isə öz növbəsində e-imzanın qarşılıqlı tanınması ilə bağlı işi asanlaşdırır".