Fəridə Əzizovanın evindən 67 min manatlıq oğurluq edən şəxs sevgilisinin günahsız olduğunu deyib


Digərləri 24 Okt 2018 14:35:00 290 0

Fəridə Əzizovanın evindən 67 min manatlıq oğurluq edən şəxs sevgilisinin günahsız olduğunu deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilov son söz deyib.

O bildirib ki, digər təqsirləndirilən N.Fərəcova hadisədən xəbərsiz olub: "Onun bu işdə heç bir günahı yoxdur. Məhkəmədən xahiş edirəm bunu nəzərə alasınız".

N.Fərəcova isə son sözə hazır olmadığını deyərək məhkəmədən vaxt istəyib.