"Qızınızın neçə yaşı var?"


Dünya 24 Okt 2018 14:25:00 380 0

"Qızınızın neçə yaşı var?"

Qızınızın neçə yaşı var? Onu öldürə bilərik? Fikrimdən dönən deyiləm. Həqiqətən, bunu etmək istəyirəm.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, yeniyetmə qızı öldürüb, meyiti ilə cinsi əlaqədə olub, ətini yemək istəyən psixoloji problemləri olan şəxs saxlanılıb.

Texas ştatında yaşayan 21 yaşlı Alexander Nathan Bater "Dark Web"-ə (Deep Web) daxil olaraq azyaşlı qız öldürüb, meyiti ilə cinsi əlaqədə olub, onun ətini yemək istədiyini qeyd edib.

Bu zaman Texas İctimai Təhlükəsizlik İdarəsinin agenti Aleksandrın statusunu görüb. O, özünü sadə vətəndaş kimi təqdim edərək Aleksandrla ünsiyyət qurub.

Aleksandr bilmədən agentə bütün gizli planlarını etiraf edib. O, "qızınızın neçə yaşı var? Onu öldürə bilərik?" kimi mesajlar göndərib.

Daha sonra Aleksandr agentlə razılaşaraq otel otağında görüşərkən polislər tərəfindən saxlanılıb.


Xəbərə aid fotolar