Gəmiqayırma Zavodundan sosial şəbəkələrdə yayılmış


Digərləri 24 Okt 2018 13:33:00 314 0

Gəmiqayırma Zavodundan sosial şəbəkələrdə yayılmış

"Bakı Gəmiqayırma Zavodu" MMC (BGZ) son günlər müəssisənin giriş hissəsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fotoya münasibət bildirib.

Son.az report-a istinadən xəbər verir ki, zavodun açıqlamasında deyilir:

"Təəssüf hissi ilə bildiririk ki, əməkdaşlarımız tərəfindən zavodun adı qeyd edilən lövhədə bəzi hərflərin təmir məqsədilə çıxarılan zaman aşağıda adları qeyd edilmiş şəxslər tərəfindən çəkilmiş fotoşəkil belə böyük bir rezonansa səbəb olub. Bununla əlaqədar olaraq hadisələrin xronologiyasını sizlərlə bölüşmək istərdik.

Oktyabrın 22-də saat 11:00 radələrində BGZ-nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilmiş və bu barədə zavodun aidiyyəti şöbəsinə məlumat verilib. Əməkdaşlarımız tərəfindən qeyd edilən lövhəyə baxış zamanı bu öz təsdiqini tapıb və hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib.


Xəbərə aid foto