Chelsea-da yeni müqavilə


İdman 24 Okt 2018 12:51:00 278 0

Chelsea-da yeni müqavilə

Chelsea müdafiəçi Markos Alonsonun müqaviləsini artırıb.

Goal. az xəbər verir ki, məlumatı London klubunun rəsmi saytı yayıb. Futbolçunun müqaviləsi 2021-ci ildə başa çatmalı idi. Razılaşmaya görə, Alonso daha 5 il klubun formasını geyinəcək.

“Uzun müddət Chelsea-da olmaqdan məmnunam. Dünyanın ən yaxşı komandasındayam. Burada iki əla mövsüm keçirmişəm. Davamını gözləyirəm”,- 27 yaşlı müdafiəçi bildirib.

Alonso Real-ın yetirməsidir. 1999-2010-cu illərdə ispan klubunda yer alıb. İki il əvvəl isə Chelsea-ya transfer olunub. Bu mövsüm İngiltərə çempionatında “zadəganlar”ın heyətində 9 oyuna çıxıb. 1 qol vurub.