Bakıda 3 qadının evini qarət edən şəxsə hökm oxundu


Digərləri 24 Okt 2018 12:59:01 215 0

Bakıda 3 qadının evini qarət edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və oğurluqda təqsirləndirilən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və oğurluqda təqsirləndirilən Aydın Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Muxtarov 12 il azadlıqdan məhrum edilib.