Quşçuluq fermasında bədbəxt hadisə - Şifer qırıldı, 79 yaşlı kişi öldü


Digərləri 24 Okt 2018 12:48:49 228 0

Quşçuluq fermasında bədbəxt hadisə - Şifer qırıldı, 79 yaşlı kişi öldü

Göygöl rayonunda 79 yaşlı kişi hündürlükdən yıxılıb ölüb.

Bakı. Samir Əli - Göygöl rayonunda 79 yaşlı kişi hündürlükdən yıxılıb ölüb. Trend-in məlumatına görə, hadisə rayonun Molla Cəlilli kəndi ərazisində baş verib. Kəlbəcər rayonunun Qılınclı kəndində qeydiyyatda olan, Göygöl rayonunun Murovdağ qəsəbəsində məskunlaşmış, 1939-cu il təvəllüdlü Bayramov Xanlar Bəylər oğlu Molla Cəlilli kəndindəki quşçuluq fermasında nərdivanda elektrik işləri görərkən nərdivanın söykəndiyi şifer qırılıb.