Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin


Digərləri 24 Okt 2018 12:22:00 304 0

Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin

Quba rayonunda 26 yaşlı oğlanın əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülməsi hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Son.az xəbər verir ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində E.Ə.-nin əmisinin gəlini, 25 yaşlı A.Ə. ilə birgə Bakıda tutularaq Qubaya gətirilməsi, gənc oğlanın Tülər kəndində ağaca bağlanaraq döyülməsi, qarışıqlıq zamanı ona bıçaq xəsarətinin kim tərəfindən yetirilməsi və sair barədə araşdırmalar aparılır.

Bildirilir ki, linçetmədə iştirak etmiş 50-60 nəfər kənd sakini müəyyən edilərək istintaqa cəlb edilib. Bundan başqa 2 övladını və ailəsini ataraq yoldaşının əmisi oğlu ilə qaçan 25 yaşlı A.Ə. də istintaqa cəlb edilib və onun ifadəsi alınıb.