Nazirlik metaltökmə sexinin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edəcək


Digərləri 24 Okt 2018 09:52:00 350 0

Nazirlik metaltökmə sexinin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) metaltökmə sexinin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət edəcək.

ETSN-dən Son.az-a verilən məlumata görə, nazirliyə "Bakı Elektriktökmə" ASC-nin ərazisində fəaliyyət göstərən metaləritmə sexindən havaya qara tüstü atılması ilə bağlı yenidən şikayət daxil olub.

Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən sözügüdən sexin ərazisində növbəti dəfə monitorinq keçirilib və atmosfer havasından nümunələr götürülüb. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.