Sumqayıt Texnologiyalar Parkı sizi "BakuBuild 2018" İnşaat Sərgisindəki stendini ziyarət etməyə dəvət edir (FOTO)


Digərləri 24 Okt 2018 09:38:00 240 0

Sumqayıt Texnologiyalar Parkı sizi "BakuBuild 2018" İnşaat Sərgisindəki stendini ziyarət etməyə dəvət edir (FOTO)

“BakuBuild Azerbaijan 2018” Beynəlxalq İnşaat Sərgisində Sumqayıt Texnologiyalar Parkı (STP) da iştirak edir.

Bakı. 23 oktyabr tarixində keçirilən inşaat, layihələndirmə və memarlıq sahəsində regionun ən cəlbedici tədbirlərindən olan “BakuBuild Azerbaijan 2018” Beynəlxalq İnşaat Sərgisində Sumqayıt Texnologiyalar Parkı (STP) da iştirak edir. STP-dən Trend-ə verilən məlumata görə, 26 oktyabr tarixinə qədər davam edəcək sərgi İqtisadiyyat Nazirliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və ilk dəfə olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sumqayıt Texnologiyalar Parkı “Made in Azerbaijan” brendi altında istehsal etdiyi inşaat materiallarını, o cümlədən müxtəlif çeşidli kabellər, kabel kanalları, plastik borular, fitinqlər, sendviç panellər, PVC, alüminium profillər, polikarbonat lövhələr, armatur və digər məhsullarını sərgidə nümayiş etdirəcək. Siz STP-nin А2210 saylı stendini ziyarət etməklə məhsul nümunələri ilə əyani şəkildə tanış ola, texnoparkın ümumi fəaliyyəti, məhsulları və istehsal prosesləri barəsində geniş məlumat əldə edə və təqdimat materiallarını götürə bilərsiniz. İnşaat sektorunda fəaliyyət göstərən xarici və yerli şirkətlərin nümayəndələri olaraq siz “BakuBuild Azerbaijan 2018” sərgisinin keçiriləcəyi günlərdə STP stendinə yaxınlaşmaqla STP əməkdaşları ilə fərdi görüşlər keçirə, satış, tərəfdaşlıq və ya digər biznes əməkdaşlığı qurmaq məqsədiniz barəsində ilkin danışıqlar apara ilə bilərsiniz.