Natavan Gümet: "Axı Zauru sevirəm..." FOTO


Kriminal 24 Okt 2018 08:52:00 123 0

Natavan Gümet: "Axı Zauru sevirəm..."  FOTO

"Tamaşaçı ən çox "tələsmə, Zaur"u kimin deyəcəyini gözləyir" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Yeni mövsüm yeni seriallar, yeni layihələrlə gəldi. Onlardan özünü doğruldanlar da oldu, tez yanıb tez sönənlər də. Yenilərdən ATV telekanalında yayımlanan "Təhminə və Zaur" serialı isə daha çox səs saldı. Serialın Təhminəsi Natavan Gümet redaksiyamızın qonağı oldu. Aktrisa bizimlə söhbətində müasir Təhminə olmağın özəlliyindən danışdı.    - "Təhminə və Zaur" serialı bizi bir anlıq illər əvvəl çəkilmiş həmin o məşhur filmə apardı. Bu gün Təhminə obrazını canlandırmaq aktrisadan böyük məsuliyyət tələb edir. Maraqlıdır, bu obraza necə təsdiqləndiniz?    - İlk dəfə bu serialda Firəngiz obrazına dəvət almışdım. Rejissorla danışdıq, 4 gün sonra mənimlə əlaqə saxladılar və bildirdilər ki, məni bu rola çəkməyəcəklər. Mən də yaradıcı kollektivə uğurlar arzuladım və növbəti layihələrdə birgə işləməyi arzu etdim. Bildirdilər ki, əksinə, mənimlə vidalaşmırlar, Təhminə obrazında məhz məni görüblər və bu rol üçün təsdiqlənmişəm. Bunu eşidəndə həqiqətən də çox sevindim. Biz uşaqlıqdan "Təhminə və Zaur" filmini izləyərək böyümüşük. Bu rolu canlandırmağı çox istəyirdim. Düzdür, filmdəki açıq-saçıq səhnələr üstüörtülü olsaydı daha yaxşı olardı. - Bəs siz belə səhnələrə çəkilməzdiniz? 

- Təəssüflər olsun ki, çəkilə bilmərəm. Xaricdə olsam, bəlkə də çəkilə bilərəm. Ancaq milli mentalitet deyilən bir şey var. Yəqin ki, o bizə bunu qadağan edər (gülürük).    - Bundan öncə tərəf müqabiliniz, Zaur rolunun ifaçısı Cövdət Şükürovla "Dəfnə ağacı" serialında sevgili rolunu canlandırırdınız. İndi isə iki qəhrəman yeni serialda qarşımızdasınız. Sizcə, tamaşaçı bu cütlüyü sevdiyi üçünmü yenidən onu efirə qaytardılar?  

- Cövdətlə ikinci dəfə tərəf müqabili olmağımız təsadüf nəticəsində oldu.  Tamaşaçılar "Dəfnə ağacı" serialından bu cütlüyü çox bəyənmişdi. Cövdət serialdan gedəndə "Dəfnə Ağacı"nın reytinqi düşdü və tamaşaçılardan mənfi fikirlər aldıq. Düzdür, zamanla reytinqlər yerinə qayıtdı və Cövdətin zamanında aldığımız reytinqdən də çox reytinq qazandıq. Amma onun serialdan getməsi izləyicilərin qınağına səbəb olmuşdu.     - Qismətdə Cövdətlə "Təhminə və Zaur" olmaq da var imiş...    - Mənə görə, "Dəfnə ağacı" serialındakı obrazımız daha çox sevildi. Çünki həmin vaxt ATV telekanalında iki serial vardı. Şükürlər olsun ki, bu gün seriallarımızın sayı çoxalıb və rəqiblərimiz də az deyil. Biz artıq bir serialla deyil, bir neçə serialla rəqabət aparırıq. Bu da kino aləmində çalışan insanlara stimul verir.    - Serialın Zauru ilə dil tapa bilirsiniz?

- Biz onunla heç tələbə vaxtından dil tapa bilməmişik. Seriala görə birtəhər dil tapırıq. Onunla az dalaşmamışıq (gülürük).    - Cövdət müsahibələrinin birində deyib ki, Natavan öz üzərində işləsə, tanınmış aktrisa ola bilər. 

- Onu düz deyir. Yəqin demək istəyib ki, Natavan üzərində işləsə aktrisa ola bilər (gülürük). Nə edək? Eybi yox, qoy desin. Yaxşı edir, amma düz etmir.    - Təhminənin yerində olsaydınız, hansı qərarı verərdiniz?   - Əlbəttə, yenə Zaura dönərdim, axı Zauru sevirəm. Spartakı neynirəm? Təbii ki, burada söhbət obrazdan gedir. Təhminəni əsərdə də, filmdə də mənfi obraz kimi qəbul ediblər. Mənfi obraz olmasına baxmayaraq, çox sevilir. Tamaşaçılar bizə fikirlərini yazırlar, deyirlər ki, Təhminə filmdə daha gözəl oynayır. Ancaq həmin filmdə açıq səhnələr həddindən artıq çoxdur. Zamanında bu obrazı oynaya biləcək cəsarətli aktrisa olmadığı üçün onu Türkiyədən dəvət etmişdilər.     - Təhminəni cəmiyyət əxlaqsız qadın kimi qəbul edir. 

- Serialda Təhminə heç də əxlaqsız qadın deyil. Ailə qurub boşanmış, həyatını yenidən qurmağa çalışan bir xanımdır. Onun mənfi cəhətləri isə içki içməyi, siqaret çəkməyi, evə gec gəlməyidir. Azərbaycanda bu gün içki qəbul edən, siqaret çəkən xanımlarımız azdırmı? Məgər onlar əxlaqsızdır? Bu onların özəl həyatıdır və mən də buna pis baxmıram. Məgər "Qaynana" filmində Nəsibə Zeynalova müştük istifadə etməyibmi? Düzdür, qadına yaraşdırmırlar, ancaq hər kəsin öz fikri var. Mən də bəzi kişilərə çox şeyi yaraşdırmıram. Ancaq bunu qloballaşdırıb, təhqiredici sözlər demirəm ki. Təhminə bütün ailənin yükünü çiyinlərində daşıyan və gözəlliyi başına bəla olan bir xanımdır. Düzdür, "Təhminə və Zaur" filmi tarixə düşdü, olduqca sevildi və sevilir də.    - Filmdən fərqli olaraq serialın ssenarisi tam başqadır. Tamaşaçı sevdiyi filminin səhnələrinin uzadılmış və bir qədər əlavələr edilmiş variantını qəbul edə bilirmi?   - Tamaşaçı ən çox gözləyir ki, "tələsmə, Zaur"u kim deyəcək (gülürük). Rejissorumuz Şahin Qəhrəman çalışır ki, milli mentalitet, ailə dəyərləri məsələlərində çərçivədən kənara çıxmasın və o, açıq səhnələri sevməyən insandır. Bizim açıq səhnələrimiz Spartakla olub. Zaur olan yataq səhnəsində biz artıq geyimdə olmuşuq. Spartakla yataq səhnəsində isə mən ayağımın bir hissəsini çıxardım və bununla ötüşdürdük. Bunu normal hal kimi qəbul etmək lazımdır. Mən də, Zaur obrazının qəhrəmanı da real həyatda ailəliyik. İnanmıram ki, burda açıq-saçıq səhnələri tamaşaçı qəbul etsin. Biz türk seriallarında belə səhnələri izləyir və heç də təəccüblənmirik. Bəlkə də serialı izləyərkən elə bu səhnələri gözləyirik. Həmin seriallarda aktyorlar bu səhnələri o qədər təbii oynayırlar ki, hətta onların sonradan həyatlarında özəl münasibət yaranır. Aralarında yaranan bu qığılcım o qədər təsirli olur ki, onlar ailələrindən boşanıb bir-birləri ilə evlənirlər.    - Bizim Təhminə və Zaurumuzda bu mümkündürmü? 

- Əsla, belə şey mümkün deyil.    - Həyat yoldaşınızın Təhminə obrazına münasibəti necədir?

- Yaxşı ki, Türkiyədə bizim ATV kanalı yoxdur, orada göstərmir. Təbii ki, zarafat edirəm. Həyat yoldaşım bilir ki, bu mənim sənətimdir. Bu rola çəkilmək üçün təklif alanda yoldaşımla bir az sözümüz üst-üstə düşməmişdi. Qayınatam dedi ki, oğlum ailə quranda bilirdi ki, kiminlə ailə qurub. Bu sənin sənətindir. Sən istəmədiyin müddətcə, yoldaşının təkidi ilə belə bu sənətdən getməməlisən. İki aydan bir mən Türkiyəyə gedib-gəlirəm. Çünki yoldaşım Türkiyədədir.    - Ancaq siz Türkiyədən gələndə söz-söhbətlər gəzirdi ki, artıq həyat yoldaşınızdan boşanmısınız.


Xəbərə aid fotolar

Birmərtəbəli inzibati bina yanıb like
  • 24 Okt 08:48  
Digərləri Birmərtəbəli inzibati bina yanıb

İsmayıllı rayonunun Şəbiyan kəndində ümumi sahəsi 280 m² olan birmərt

arrow Ətraflı
İsmayıllıda fəaliyyətdə olmayan inzibati bina yanıb like
  • 24 Okt 08:46  
Digərləri İsmayıllıda fəaliyyətdə olmayan inzibati bina yanıb

İsmayıllı rayonunun Şəbiyan kəndində ümumi sahəsi 280 m² olan birmərt

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 24 Okt 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
"Milyonlarla pul qazanıram, amma..." like
  • 24 Okt 08:33  
Digərləri "Milyonlarla pul qazanıram, amma..."

Müğənni İrem Derici studiyalardan birindən çıxarkən görüntülənib.

arrow Ətraflı
Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir like
  • 24 Okt 08:26  
Dünya Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir

Gürcüstan hökuməti vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar ü

arrow Ətraflı
Sızanaqlara görə aynaya nifrət edən qızı indi görün...  FOTO like
  • 24 Okt 08:22  
Digərləri Sızanaqlara görə aynaya nifrət edən qızı indi görün... FOTO

İngiltərənin Mançestr şəhərində yaşayan Ella Qorton adlı qadını indi

arrow Ətraflı
"Facebook" messencerinin yeni versiyasını təqdim edib like
  • 24 Okt 08:18  
Digərləri "Facebook" messencerinin yeni versiyasını təqdim edib

"Facebook" sosial şəbəkəsi özünün mesajların ani mübadiləsi

arrow Ətraflı
Milad dövründə İspaniyada 400 mindən çox yeni iş yeri yaradılacaq like
  • 24 Okt 08:15  
Dünya Milad dövründə İspaniyada 400 mindən çox yeni iş yeri yaradılacaq

Bu il İspaniyada əmək müqavilələrinin sayına görə tarixi rekord müəyy

arrow Ətraflı
Məşhur müğənni təcili xəstəxanaya yerləşdirilib like
  • 24 Okt 08:11  
Digərləri Məşhur müğənni təcili xəstəxanaya yerləşdirilib

Ukraynalı müğənni Svetlana Loboda Moskvada təcili xəstəxanaya yerləşdir

arrow Ətraflı
"Facebook" messencerinin yeni versiyasını təqdim edib like
  • 24 Okt 08:11  
Digərləri "Facebook" messencerinin yeni versiyasını təqdim edib

"Facebook" sosial şəbəkəsi özünün mesajların ani mübadiləsi üzrə tə

arrow Ətraflı
Qurulan çadırların sayı üzrə Ginnes rekordu yenilənib like
  • 24 Okt 08:04  
Digərləri Qurulan çadırların sayı üzrə Ginnes rekordu yenilənib

Çində yan-yana olmaq şərti ilə 721 çadırın qurulması Ginnesin Rekordlar

arrow Ətraflı
MTRŞ: Bu o demək deyil ki, kanallar reytinq xatirinə istədiklərini edə bilərlər like
  • 24 Okt 07:58  
Digərləri MTRŞ: Bu o demək deyil ki, kanallar reytinq xatirinə istədiklərini edə bilərlər

Hazırda telekanallarda yayımlanan seriallar kəmiyyət baxımından qaneedicid

arrow Ətraflı