Birmərtəbəli inzibati bina yanıb


Digərləri 24 Okt 2018 08:48:00 262 0

Birmərtəbəli inzibati bina yanıb

İsmayıllı rayonunun Şəbiyan kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli inzibati binanın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, binanın içərisinə yığılmış 850 kq ot bağlaması həmçinin yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.